Moskvada keçirilən Rusiya, Türkiyə və İran arasında Suriya böhranının həlli yolları barədə razılıq əldə edilib. “Yeniavaz.com”un Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, adı çəkilən ölkələrin xarici işlər nazirləri Suriya probleminin həllində qarant rolunda çıxış edəcəkləri barədə ortaq məxrəcə gəliblər. Öz növbəsində Rusiya Müdafiə naziri Sergey Şoyqu mətbuata verdiyi açıqlamasında bildirib ki, İran, Rusiya və Türkiyə arasında məsələ ilə əlaqədar bəyənnamə imzalanacaq. Sergey Şoyqu Suriya böhranının nizamlanması ilə əlaqədar İranın briqada generalı Hosseyn Dexkanla görüşündə: “Hazırda ekspertlər Suriya böhranının nizamlanmasında təcili addımlar atılmasını nəzərdə tutan sənəd üzərində işləyirlər. Bu olduqca vacib sənəddir. Belə bir sənədin üç ölkə tərəfindən qəbul edilməsi ABŞ və onun müttəfiqlərinin əvvəllər bölgədə birgə fəaliyyətlə bağlı cəhdlərinin boşa çıxması demək olacaq”,-deyib.