Rusiya ilə Avropa arasında müharibə ehtimalı artmaqda davam edir. Arazinfo.com-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə fevralın 18-dən 16-dək keçiriləcək təhlükəsizlik üzrə Münhen konfransının məruzəsində deyilir.
” Sona və geriyə qədər”? adlı sənəddə bildirilir ki, silahlara nəzarət haqqında sazişlərə riayət edilməməsi səbəbindən Qərblə Moskva arasında silahlı toqquşma riski artır.
Məruzədə deyilir: “Bu biabırçı vəziyyətdə adi bir səhv və anlaşılmazlıq müharibəyə gətirib çıxara bilər”.
Bundan başqa, sənəddə bildirilir ki, Ukraynanın şərqindəki münaqişəli vəziyyət Rusiya və Qərb münasibətlərinin normallaşması prosesini çətinləşdirir.