ABŞ-ın sanksiya hədələrinə baxmayaraq Rusiya daha bir ölkəyə, Hindistana S-400 zenit-raket kompleksləri satacaq.
Mediainfo.az-ın Gazeta.ru-ya istinadən verdiyi məlumata görə, bu barədə mətbuata açıqlamasında Rusiya prezidenti Vladimir Putinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putinin Hindistana səfəri çərçivəsində iki ölkə arasında S-400 zenit-raket komplekslərinin alqı-satqısı barədə anlaşma imzalanıb: “Anlaşmanın ümimi dəyəri 5 milyard dollar təşkil edir. Anlaşmanın şərtlərinə uyğun olaraq Rusiya Hindistana 5 polk S-400 zenit-raket kompleksləri göndərəcək”.
Dmitri Peskov deyib ki, ABŞ-ın Rusiyaya tətbiq etdiyi sanksiyalara baxmayaraq S-400 raketləri nəzərdə tutulduğu vaxtda Hindistana göndəriləcək.