Rusiya Axazıyaya yüzlərlə hərbi texnika yeridib
Rusiya işğal etdiyi Gürcüstan ərazilərində hərbi baxımdan möhkəmlənməkdə davam edir. Mediainfo.az-ın verdiyi xəbərə görə, ötən gün Rusiya Abxaziyaya 100-lərlə müasir hərbi terxnika, o cümlədən 82AM, T-72BZ, tankları, REB “Leer-2” kompleksləri və digər hərbi texnika yeridib. Hərbi texnika Abxaziyanın strateji əhəmiyyət daşıyan Qudauta və Naqvalou poliqonlarında yerləşdirilib. Rusiya bununla da Abxaziyanı azad etməyəcəyıni nümayiş etdirməkdədir. Hərbi ekspertlər bu hərbi texnikadan Rusiyanın Ermənistana koridor açmaq üçün yeni hücum əməliyyatlarında istifadə edə biləcəyini istisna etmirlər.
Mediainfo.az