“Rusiya hər vasitə ilə qonşularını nəzarəti altında saxlamağa cəhd edir. Biz bunu Rusiyanın Gürcüstana, Moldovaya və Ukraynaya münasibətində aydın görürük”.
Arazinfo.com-un apsny.ge-yə istinadən verdiyi xəbərə görə,
bunu NATO-nun baş katibi Yens Stoltenberq Portuqaliya televiziyasına müsahibəsində bildirib.
NATO Baş katibi :”Biz “soyuq müharibəyə” qayıtmamışıq. Lakin eyni zamanda biz Rusiya ilə strateji tərəfdaş da deyilik. Problem ondadır ki, Rusiya qonşuları üzərində öz təsir dairəsini bərpa etməyə çalışır”,-deyib.
Alyansın baş katibinin sözlərinə görə, NATO Rusiya ilə yeni “soyuq müharibə”dən qaçmaq üçün güc və qətiyyət nümayiş etdirməlidir:
“Nə NATO, nə mən – Rusiya ilə sərhəddə yerləşən kiçik bir ölkə sakini, Rusiya kimi böyük dövlətlərin qonşu ölkələri nəzarətləri və təsir dairəsi altına salma cəhdləri ilə barışmayacağıq. Ona görə də, biz vəziyyətdən çıxış yolu tapmalı, heç kimin təsiri və nəzarəti altına düşməyəcəyimizi sübut etməliyik. Eyni zamanda yeni soyuq müharibənin, sürətlə silahlanmanın başlamaması üçün Rusiya ilə dialoqu davam etdirməliyik”.