Rusiya BMT TŞ-də Fransanın Suriyaya dair qətnaməsinə veto qoydu

0
651

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının iclasında Rusiya Fransanın Suriyaya dair təqdim etdiyi qətnaməsinə veto qoyub.

Sənəd Şuranın 11 üzvünün dəstəyini qazansa da, iki ölkə sənədin əleyhinə səs verib. Daha iki ölkə bitərəf qalıb.

Qətnamədə Fransa Hələb şəhəri üzərində uçuşların qadağan edilməsini, atəşkəs rejiminin bərqərar olmasını və Hələbə humanitar yardımın çatdırılmasının təmin edilməsini tələb edirdi

Rusiya Xarici İşlər Nazirliyi BMT TŞ-nin müzakirəsinə təqdim edilmiş və Rusiyanın qoyduğu veto ilə qəbul edilməmiş qətnaməni şərh edib.

Şərhdə Fransa tərəfindən irəli sürülmüş qətnamədəki Hələb üzərində uçuşlara qoyulan qadağa təklifinin ardında “Cəbhət ən-Nüsra”nın qorunması fikrinin olduğunu bildirilib.

“Hələb rayonunda uçuşlara qadağa qoymaqla “Cəbhət ən-Nüsra” və onlara qoşulmuş digər terrorçuların qorunmasının təmin edilməsinə açıq cəhd edilmişdi. Baxmayaraq ki, BMT üzvü olan ölkələr əllərində olan bütün vasitələrlə terror təhlükəsinə qarşı mübarizə aparmalıdırlar”, – Rusiya XİN bildirir.

Bundan başqa, Rusiya XİN qeyd edib ki, Fransanın təqdim etdiyi qətnamə Vaşinqtonun aşkar təzyiqi altında hazırlanmışdı və Suriyadakı real vəziyyəti kobud şəkildə təhrif edirdi.

BIR CAVAB BURAXIN