Rusiya Azərbaycana “Bal-E” raketləri satmaqdan imtina edib

0
589

Rusiya Azərbaycana “Bal-E” sahili mühafizə hücumundan müdafiə raketləri satmaqdan imtina edib.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə “Kommersant” qəzeti Rusiya Müdafiə nazirliyindəkli mənbəyə istinadən yazıb. Nəşrin yazdığına görə “Bal-E” sahili mühafizə raketləri Rusiyanın Xəzər dənizindəki hərbi  gəmiləri üçün potensial təhlükə mənbəyi hesab edilib: “Azərbaycan və Rusiya arasında “Bal-E” sahili mühafizə raketlərinin alqı-satqısı barədə ilkin razılıq əldə edilmişdi.  Buna əsasən Rusiya Azərbaycana məhdud sayda “Bal-E” raketləri satmalı idi. Lakin Rusiya Müdafiə nazirliyinin bu məsələdə nümayiş etdirdiyi mövqe nəticəsində Azərbaycana “Bal-E” sahili mühafizə raketlərinin satılması baş tutmayıb”

“Kommersant”ın bildirdiyinə görə artıq iki ölkə arasında “Bal-E” -lərin satışı barədə danışıqlar getmir. Müdafiə nazirliyindəki mənbənin “Kommersant”a verdiyi məlumata görə, “Bal-E” son  illərdə hədəfi özü müəyyən edən X-35 başlıqlı raketlərlə təchiz edilib və onlar nəinki dənizdəki, həm də yerüstü hədəfləri məh etməyə qadirdirlər: “Müdafiə nazirliyində ehtiyat edirlər ki, Azərbaycan bu raketlərdən Dağlıq Qarabağda da istifadə edə bilər”.

 

 

«