ABŞ ordusu Baş Qərargah rəisi general Cozef Danford “dirçələn Rusiya”nı Avropa qitəsi üçün ən böyük təhdid adlandırıb.
Avropa.info xəbər verir ki, bu açıqlama ilə edib. NATO Brüsseldə keçirilən sammitində amerikalı general Rusiyanın nüvə və dəniz qüvvələri daxil öz silahlarını modernləşdirdiyini, həmçinin kibernetika və elektron müharibə sahəsində yeni imkanları inkişaf etdirdiyini bildirib.
“Rusiya haqda düşünəndə, biz onun son illər ərzində fəaliyyəti barədə düşünürük, sonra isə rusların son 10 ildə etdiyi yatırımlara baxırıq. Rusiya Silahlı Qüvvələrinin bircə sahəsi belə yoxdur ki, son on illikdə bu və digər səviyyədə modernləşməsin” – Danford belə deyib.
Danford Rusiya tərəfindən həyata keçirilən ordu modernləşdirilməsini qitə üçün ən böyük təhlükə adlandırıb. General sözlərinə əsas kimi son illərdə Gürcüstan və Ukraynada baş verən münaqişələri göstərib. O, alyansın şərq qonşusunun qarşısını almaq üçün hər şey etdiyini bildirib.