Rusiya ABŞ-da super vulkanla hədələdi

0
671

 

ABŞ kiçik və orta mənzilli raketlərin ləğvi barədə razılaşmadan çıxacağı halda Rusiya qeyri-ənənəvi nüvə silahı daşıyıcıları və böyük güclü döyüş başlıqlarını inkişaf etdirə bilər.

Arazinfo.com Axar.az-a istinadən xəbər verir ki, bu sözlər rusiyalı ekspert Konstantin Sivkovun Rusiya mətbuatında dərc olunan məqaləsində yer alıb.

“ABŞ-la olan razılaşmamız yalnız döyüş başlıqlarının sayını məhdudlaşdırmağa imkan verir. Bu həmin döyüş başlıqlarının ümumi kütləsi üçün maneə yaratmır. Bu, meqasilah yaratmaq yolu tutmağımıza imkan yaradır. Belə silahın tətbiqi ABŞ ərazisində katastrofik geofiziki proseslər yarada bilər. Məsələn, bu silahdan sonra ABŞ-da Yelloustoun super vulkanı püskürə bilər. ABŞ-ın razılaşmadan imtinası həmçinin strateji qanadlı raketlərlə bağlı da məhdudiyyəti ortadan qaldırır. Hazırda Rusiya ordusunda X-101 aviasiya qanadlı raketi var. X-101-in yerüstü versiyasını Moskva qısa zamanda yarada bilər. Bundan başqa, X-101-in nüvə başlıqlı anoloqu X-102 raketi də var”, – deyə o bildirib.

BIR CAVAB BURAXIN