Rus yazardan inanılmaz: Ermənilər faktiki olaraq…

0
642

Ermənistan iqtisadi və digər bütün istiqamətlər baxımından Rusiyaya gərək deyil.

Kult.az xəbər verir ki, bunu “Danışır Moskva” radiosuna müsahibəsində rusiyalı yazıçı Zaxar Prilepin deyib.

“Ermənistanda dövlət çevrilişi olub və bu situasiyada Rusiya hansısa qərar verməlidir. İqtisadi baxımdan Ermənistan Rusiyanı az maraqlandırır. Ticarət balansı baxımından o, Rusiyaya münasibətdə 65 və ya 35-ci yeri tutur. Digər tərəfdən, ermənilərin praktik olaraq hamısı Rusiyada yaşayır. Özlərinin tarixi vətənlərində isə onların sayı azdır.

Bizim ətrafımızdakı torpaqlar, sadəcə, “ətrafımızdakı ərazi” anlamı kəsb etmir. Belə gətirib ki, biz Qızıl Ordadan sonra bu məkanda əsas oyunçuyuq. Əvvəllər hər kəsə elə gəlirdi ki, Ermənistan, Qazaxıstan, Belarus, Baltikyanına ayrılaq və hər kəs öz həyatını yaşasın. Mən heç bir xalqı incitmək istəmirəm, amma hər kəs anlayır ki, onların suverenliyi elə də dəyərli deyil”, – deyə o bildirib.

BIR CAVAB BURAXIN