Rus ordusu separatçı quruma yerləşdi

0
668

11

Rusiya Duması Rusiya və Abxaziya arasında imzalanmış birgə hərbi qruplar haqqında müqaviləni ratifikasiya edib.

 

Bunu jurnalistlərə açıqlamasında Rusiya Dumasının vitse-spikeri İrina Yarovaya söyləyib. Onun sözlərinə görə, bu müqavilə üçüncü ölkəyə qarşı yönəlməyib və yalnız müdafiə xarakteri daşıyır:

 

“Biz Abxaziyaya qarşı “aqressiya”nı çox yaxşı xatırlayırıq. Bu regionda təhlükəsizlik və sülh Moskva üçün çox vacibdir”.

 

Qeyd edək ki, bu müqavilə 2015-ci ilin noyabrında Moskvada imzalanıb. Müqavilənin şərtinə əsasən, hər iki tərəf bir-birini müdafiə edəcəkləri haqqında öhdəlik götürürlər. Üstəlik, hərbi əməliyyatlar zamanı birləşmiş hərbi qruplaşma Rusiya Müdafiə Nazirliyinə tabe olur.

 

Abxaziya Gürcüstan ərazisidir. 90-cı illərin əvvəllərində bu ərazilər Moskvanın yardımı ilə Gürcüstandan ayrılıb. 2008-ci ildə Rusiya Abxaziyanın müstəqilliyini tanıyıb.

Axar.az

BIR CAVAB BURAXIN