Araşdırmaçı professor, keçmiş “KQB” polkovniki Rövşən Novruzoğlunun gizli xarici arxivlərdəki mənbələr əsasında hazırlanmış və tezliklə kitab halında nəşr olunacaq “Ölüm hüceyrələri və ya genetik ölüm…” adlı tədqiqat əsərində əsasən XX əsrin əvvəllərindən bəri həm Azərbaycanı işğal altında saxlayan SSRİ adlı Rusiya imperiyasının, həm də Böyük Britaniya, ABŞ kimi “modern” impeiyaların xüsusi kəşfiyyat qurumlarının Azərbaycan xalqının zəngin genefondu üzərində apardığı vəhşi qətliam və zorakılıqlarla müşayiət olunan amansız və qeyri-insani gizli tədqiqatlarının üzə çıxardığı ağlagəlməz özəlliklərdən, eləcə də ölkəmizin ayrı-ayrı sirli məkanlarını soykökümüzdə iz buraxan qeyri-adi xüsusiyyətlərindən bəhs edilir. Məlum olur ki, adı çəkilən imperiyalarla yanaşı, əksər xarici dövlətlər də Azərbaycan insanının əsl genomundan qorxduğundan bu xalqı hər vasitə ilə əzməyə, məhv etməyə çalışıb və çalışmaqdadır…
Xruşşov İmam Hüseynlə(s.ə.) bağlı məlumatları əzbərləyib…”
“Kəşfiyyat mayoru M.A.Lebedev yazır ki, Sovet İttifaqının rəhbəri N.S.Xruşşov artıq müsəlmanların başçısı olan İmam Hüseyn(s.ə.) haqqında müfəssəl məlumatlara malik idi. Mən özüm-özümə tez-tez sual verirdim: “Kremldə nə baş verir?.. İmam Hüseyn (s.ə.) N.S.Xruşşovun nəyinə lazımdır? Mən bu suallara hələ cavab tapa bilmirdim…”
“Millətin əsl azərbaycanlı olmaq şansı artıq azalırdı…”
Başqa bir məlumatda isə (bunu Kremlin Mühafizə və Təhlükəsizlik Dəstəsinin rəis müavini E.S.Komarovun şəxsi arxivində oxuduq) polkovnik E.S.Komarov iddia edir ki, artıq Kremldə hamı İmam Hüseyn(s.ə.) haqqında çox ciddi məlumatlara malik idi. Ehtiyat edirdilər ki, ölkə başçısı bununla bağlı əməkdaşları sorğu-suala tutsun…
Kremldə 1954-cü ilin martın 12-də keçirilən qapalı yığıncaqda çıxış edən kəşfiyyat polkovniki, kimyaçı-alim, professor (o həm də mikrobioloq idi) N.M.Xlebnikov öz şəxsi qovluğu üçün yazdığı məktubda açıq etiraf edirdi:
“…Dostumuz və həmkarımız M.A.Lebedevin İmam Hüseyn dərsləri bizim hamımızı çaşdırmışdı. 1954-cü ilin aprelin 25-də bizim genetiklər qrupu Baş Kəşfiyyat İdarəsinin və Səhiyyə Nazirliyinin birgə işlədikləri “Mutasiya-11” layihəsini həyata keçirməli idik. Bizim üçün Azərbaycan regionlarında işləmək daha asan idi. Çünki indiyədək həyata keçirilən genetik layihələr öz bəhrəsini vermişdi. Millətin əsl azərbaycanlı olmaq şansı artıq azalırdı. Tarixdən və çox-çox qədim sənədlərdən öyrənmişdik ki, əsl azərbaycanlı ilə danışmaq, söhbətləşmək çətin məsələdir. Millətin əsl azərbaycanlıya məxsus genetik “göstəricilər” (etiraf edim ki, elmi nəticələrimizə görə dünyanın heç bir millətində belə güclü genetik “göstəriciləri” yoxdur) çox nadir və tədqiq olunası göstəricidir. Amma bütün bunlar bizim layihələr çərçivəsində ram edilmişdi… Biz indi rahat işləyirdik…
“Azərbaycanda əsl azərbaycanlılarla əsl azərbaycanlı olmayanlar arasında qarşıdurmalar yaranırdı…”
Faktiki olaraq çoxsaylı tədqiqatların nəticələrinə istinadən demək olardı ki, Azərbaycanda əsl azərbaycanlılarla əsl azərbaycanlı olmayanlar arasında qarşıdurmalar yaranırdı. Sovet hərbi kəşfiyyatı artıq həmin vaxt ərəb ölkələrinin birindən (?) müsəlmarın mənəvi liderlərindən olan İmam Hüseynin(s.ə.) genetik kodlarını əldə etmişdi… Bu, Sovet kəşfiyyatının ən böyük qələbəsi idi…”
“İmam Hüseynə (s.ə.) məxsus gen hüceyrələri ölməyib, o, diridir…”
Əlbəttə, bu dövrü üçün çox ciddi bir məlumat idi. Sovet alimləri, akademik S.S.Beqlov, A.N.Tumanov belə bir qənaətə gəlmişdi ki, müsəlman tarixinin mübariz və qəhrəmanlıq dastanını yazan, igidliyin və mərdliyin bünövrəsini qoyan İmam Hüseynə (s.ə.) məxsus gen hüceyrələri ölməyib, o, diridir və Avropanın təqribən 70 faizi həmin qəhrəmanlıq nümunəsi olan gen hüceyrələrindən bəhrələnib.
Bu ola bilsin ki, bizim qənaətdir. Amma tarixin həqiqət üzü də var. İnsanın genetik hüceyrələri min illər boyu yaşamaq qabiliyyətinə malikdir. Sadəcə, həmin mühit və iqlim bəs edir…
“Azərbaycan xalqını aciz və məqsədsiz, yazıq, müti, kölə gününə salmaq planları üzrə işlər bu gün də davam edir…”
Araşdırma materiallarına görə, 1954-cü ilin iyun ayının 25-dən başlayaraq Azərbaycanın 9 rayonunda və 36 yaşayış məntəqəsində başlanması nəzərdə tutulan epidemiyaya qarşı, regionda geniş “Vaksin əməliyyatı” planı həyata keçirilməkdə idi. Məqsəd isə aydın idi. Gen hüceyrələrini zəiflətmək, onun inkişafını ləngitmək… sonda vurub, sıradan çıxarmaq idi. Bu isə bizim milləti aciz və məqsədsiz, yazıq gününə salmaq həvəsində olan millətlərin planı olaraq qalır…
(Davamı var)
Təqdim etdi: Sultan Laçın