Rübabə Vahabzadəyə mətbəxdə dedi ki… – Video

0
596


 

Nənəm xəstə idi, vəziyyəti ağırlaşmışdı, hamımız onun başına fırlanırdıq.

Kult.az xəbər verir ki, bu sözləri mərhum xalq artisti Rübabə Muradovanın qızı Şahnaz Muradova anasının ifa etdiyi məşhur “Anacan” mahnısının yaranma tarixçəsi haqda “Nanəli” verilişində danışarkən deyib. O, xalq şairi Bəxtiyar Vahabzadənin sözügedən mahnının yazılmasında böyük rol oynadığını bildirib:

“Anam teatrdan evə qayıdanda nənəm onu yanına çağırıb dedi ki, mən ölürəm, hamı yaxşı bir ana mahnısı yazdırır, sən də mənə bir ana mahnısı həsr et, görüm, məni nə qədər sevirsən. Elə həmin an mərhum xalq şairi Bəxtiyar Vahabzadə bizə gəldi. Anam onu götürüb, mətbəxə keçdi. Nə danışdılarsa, 2-3 gün sonra artıq mahnı hazır idi. Nənəm o mahnını dinləyib ağladı, anamı qucaqlayıb, “sən məni nə qədər çox sevirmişsən”, – dedi”.

Qeyd edək ki, xalq artisti Rübabə Muradova 1983-cü ildə 50 yaşında qaraciyər serrozundan vəfat edib.

 

BIR CAVAB BURAXIN