Avropa çempionatının finalında Fransa ilə matçın birinci hissənin 24-cü dəqiqəsində zədələnərək gözyaşları içində meydanı tərk edən Ronaldonun zədəsi olduqca ciddidir. Bununla bağlı İspaniyanın və dünyanın tanınmış idman nəşri “Marca”nın yazdığına görə zədənin ciddi olması səbəbindən Ronaldo “Real” Madirin “Sevilya” ilə keçirəcəyi superkubok oyununda iştirak edə bilməyəcək. Belə ki, həkimlər ən azı 3 həftə Ronaldonun yaşıl meydana çıxa bilməyəcəyini bildiriblər. Öz növbəsində “Real” Madrid komandası rəhbərliyi də Ronaldonun superkubok oyununda tam sağalmamış şəkildə iştirakının əleyhinədirlər. Bununla əlaqədar “Real”ın mətbuat xidmətindən bildiriblər ki, klub rəhbərliyi məşhur futbolçunun tam sağalmasını istəyir və onun zədəsini tam sağaltmamış halda superkubok oyununda iştirak etməsinin əleyhinədir. Klub rəhbərliyi buna səbəb kimi əvvəllər də Ronaldonun dizindən analoji şəkildə zədə aldığını və tam sağalmamış şəkildə meydana çıxmasının onun oyununa pis təsir etdiyini göstərib.