“Yuventus”un futbolçusu Kriştiano Ronaldo “Qızıl top”un mükafatlandırma mərasimində iştirak etmək niyyətində deyil.
Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə italiyalı jurnalist Alessandro Alçato bildirib. O “Tvitter” səhifəsində yazıb ki, Ronaldo səsvermədə ikinci yeri tutduğu üçün mükafatlandırma mərasiminə qatılmaq niyyətində deyil.
İlkin məlumatlara görə, builki “Qızıl top”un sahibi Xorvatiya millisinin və “Real”ın yarımmüdafiəçisi Luka Modriçdir. Səsvermədə üçüncü yeri tutan Fransa millisinin və “Atletiko”nun oyunçusu Antuan Qrizmanın da mərasimdə iştirak etməyəcəyi bildirilir.
Onu da deyək ki, “France Football” nəşrinin təsis etdiyi “Qızıl top”un qalibinin adının dekabrın 3-də Parisdə keçiriləcək tədbirdə açıqlanacağı gözlənilir.