Roma şəhəri 2024-cü il Yay Olimpiya Oyunlarına namizədlikdən – İmtina etdi

0
551

İtaliya Milli Olimpiya Komitəsi (CONİ) Roma şəhərinin 2024-cü il Yay Olimpiya Oyunlarına namizədliyini geri götürüb. “Report”un məlumatına görə, bu barədə CONİ-nin prezidenti Covanni Malaqo açıqlama verib.

O, Beynəlxalq Olimpiya Komitəsinə imtina məktubu ünvanladıqlarını bildirib.
Sentyabrın 21-də Romanın yeni seçilmiş meri Virciniya Raci Oyunlara namizədlikdən imtina edəcəklərini bildirib. Tezliklə bu qərar şəhər şurasının iclasında ratifikasiya olunub.

Qeyd edək ki, Roma 1960-cı il Yay Olimpiya Oyunlarına ev sahibliyi edib. İtaliya paytaxtı 2020-ci il olimpiadasına da namizədliyini verib. Amma İtaliya hökuməti iqtisadi böhran üzündən imtina qərarı verib. 2024-cü il Yay Olimpiya və Paralimpiya Oyunlarını təşkil edəcək şəhərin adı 13 sentyabr 2017-ci ildə Perunun paytaxtı Limada açıqlanacaq. Romanın imtinasından sonra Oyunlara namizəd qismində Los-Anceles (ABŞ), Paris (Fransa) və Budapeşt (Macarıstan) qalıb.

BIR CAVAB BURAXIN