Çempionlar Liqasının qrup mərhələsinin son turu çərçivəsində keçiriləcək “Roma” – “Qarabağ” matçının bilet satışı davam edir. Apasport.az saytının İtaliya mətbuatına istinadən məlumatına görə, qarşılaşmaya maraq o qədər də yüksək səviyyədə deyil. Romada, Olimpiya Stadionunda baş tutacaq görüşə hələ ki, cəmi 9 min bilet satılıb. Oyun gününə qədər bu göstəricinin artacağı dəqiq olsa da, arenanın tam dolacağı inandırıcı görünmür. “Roma” – “Qarabağ” matçı dekabrın 5-də keçiriləcək.
Qeyd edək ki, bu komandaların Bakıdakı duelində qonaqlar qələbə (2:1) qazanmışdılar.