“ROMA PAPASI İLƏ GÖRÜŞ AVROPA AİLƏSİ İLƏ QIRILAN TELLƏRİN YENİDƏN BƏRPASI CƏHDİDİR.”
Siyasi şərhçi Azər Rəşidoğlu deyir ki, Vatikanla münasibətlərin istiləşməsi Avropadan gələn təzyiqlərin təsirini bir qədər azalda bilər:
“Güman etmirəm ki, Roma papasının səfəri Qarabağ münaqişəsinin həllinə əhəmiyyətli təsir göstərsin. Sadəcə olaraq Azərbaycan hakimiyyətinin son vaxtlar Avropaya yönəlik addımlar atmaqda davam edir. Bu baxımdan Roma papası ilə görüş və onun səfərinin təşkil olunması Avropa ailəsi ilə qırılan tellərin yenidən bərpası cəhdi kimi qiymətləndirilə bilər. İkinci tərəfdən Vatikan ilə Azərbaycanın hakim siyasi elitası ilə biznes münasibətləri də var. Bu tərəfdən də baxıla bilərdi. İstənilən halda Roma papası ilə, Vatikanla münasibətlərin sıcaqlaşması Avropadan gələn müəyyən təzyiqlərin dalğasını bir qədər azalda bilər. Bunun demokratik inkişafa, Qarabağ kimi münaqişənin həllinə bu səfərin təsir göstərəcəyinə inanmıram…”