Sahibkarlıq hüququ olmayan fiziki şəxslərin hesabına büdcəyə ödənişlər artırılacaq.
«Turan» xəbər verir ki, bunu vergilər nazirinin müşaviri Ələkbər Məmmədov bildirib.
Nazir müavini deyib ki, bu siyahıya özəl təmirçilər, dayələr, bərbərlər, hətta ev qulluqçuları da daxil ediləcək.
«Yeni mexanizm əsasında onlar muzdlu kimi qeydiyyata alınacaq, patent veriləcək», – nazir müavini bildirib.
Bu sistem Azərbaycanda yeni deyil. Özəl sərnişin- və yükdaşıyıcıları gəlirdən asılı olmayaraq, hər ay büdcəyə ödəniş edirlər.
Yeni ödəyicilərin çərçivəsini bəlli etmək məqsədilə vergi əməkdaşları qeydiyyatda olmayan sahibkarları, habelə onlardan ötrü patent həcmini müəyyən etməlidir.
Bəzi ekspertlər bunun əhalinin cibinə ciddi zərbə vuracağını güman edirlər.