“Reket jurnalist”in villa və avtomobilləri

0
776

Azərbaycan mediası adına qara ləkə kimi yapışan “Gündəlik-Bakı” adlı  reket qəzetin baş redaktoru Habil Vəliyevin həbsi  istər media, istərsə də cəmiyyətin digər təbəqələrində müsbət qarşılandı. Bu şəxsin  uzun illər Milli Təhlükəsizlik Nazirliyinin Anti-Terror Mərkəzinin himayəsi altında ölkədə şantaj edib, pulunu almadığı nə məmur, nə də sahibkar qalmamışdı. Açıq şəkildə şantaj, hədə-qorxu ilə tələb etmə yolunu tutan Habil Vəliyev  bu üsullarla Bakıda bahalı avtomobillərə və daşınmaz əmlaklara sahib olub.

Saytımızı bilgiləndirən mənbənin sözlərinə görə, Habil Vəliyev avtomobilləri üçün eyni olan 111 nömrə sonluqlarını da Baş Dövlət Yol Polisini şantaj edərək, ödənişsiz əldə edib. Ona məxsus “Lexus”, “Range Rover” və “Mercedes” markalı avtomobillərin dövlət nömrə nişanı 111-lə bitir.

Gununsesi.info “reket jurnalist”in özünün və qardaşları üçün yana inşa etdirdiyi 3 villanın (dəniz kənarında-red.) və avtomobillərinin fotolarını təqdim edir:

habil2

h4

Gununsesi.info

BIR CAVAB BURAXIN