“Real tarix və “Böyük Ermənistan” uydurması” gürcü dilində də çap olundu

0
797

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudovun “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı gürcü dilində də nəşr olunub.

Arazinfo.com saytına Tarix İnstitutundan verilən məlumata görə, kitab Valeh Hacılar Elmi-Mədəni Araşdırmalar Vəqfi tərəfindən tərcümə və nəşr edilib.

Prezident İlham Əliyevin çağırışlarına cavab olaraq çap olunan kitabın elmi redaktoru institutun “Azərbaycanın qədim tarixi” şöbəsinin müdiri, dosent Allahverdi Əlimirzəyev, tərcüməçisi isə İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinin professoru Cabuki Kiriyadır.

Kitabda ilk mənbələr əsasında ermənilərin Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəldikləri, mənşəcə qədim frigiyalılarla qohum etnos olduqları və Asiya qitəsinin aborigen əhalisi olmadıqları göstərilir. Sübut edilir ki, müasir ermənilər (haylar) “Armeniya”, “armyane”, “erməni” adlarına Şərqi Anadoluya köçüb gəldikdən sonra sahib çıxmışlar. Tarixdə heç zaman “Böyük Ermənistan” adlanan dövlət qurumu olmayıb. “Böyük Ermənistan” anlayışı Azərbaycan, Türkiyə və Gürcüstan torpaqlarına sahib çıxmaq məqsədilə erməni saxtakarları tərəfindən sonradan uydurulub.

Əsərin birinci bölməsi “Ermənilər Kiçik Asiyaya Balkan yarımadasından köçüb gəlmişlər” adlanır və bu bölmə ermənilərin qədim Urartu irsinə sahib çıxmaq iddialarına qarşı kəskin cavabdır. Kitabda uydurma “Erməni yaylası” coğrafi anlayışına ayrıca bölmə həsr olunub. Bu bölmədə müəllif yazır ki, tarixi saxtalaşdıranlar XIX əsrin sonundan etibarən elmi dövriyyəyə daha bir uydurma termin – “Erməni yaylası” (“Armyanskoye naqorye”) coğrafi anlayışını da daxil ediblər. Əsərin son bölməsi isə tarixdə heç vaxt “Böyük Ermənistan” adlı dövlətin olmadığının isbatına həsr edilib.

 

 

Xatırladaq ki, “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabı Azərbaycan, ingilis, rus və ispan dillərində də nəşr olunub.

BIR CAVAB BURAXIN