“Real” rəhbərliyi Qaret Beyli cəzalandırmağa hazırlaşır

0
602

Madridin “Real” futbol klubu komandanın hücumçusu Qaret Beyli ağır şəkildə cəzalandırmaq niyyətindədir.

Arazinfo.com-un football.kulicki-yə istinadən verdiyi xəbərə görə, buna səbəb La Liqanın 18-ci turu çərçivəsində “Real” Sosyedad ilə görüşdə Beylin oyun başa çatmadan stadionu tərk etməsidir. Məsələ ilə bağlı El Confidencial nəşri yazır ki, “Real” klubunun daxili nizamnaməsinə görə, oyun başa çatmadan komandanı və stadionu tərk edib getmək olmaz. Xatırladaq ki, Santyaqo Bernabeu stadionunda keçirilən  görüşdə “Real” Madrid  “Real” Sosyedada 0:2 hesabı ilə məğlub olub.