Rayonlarda sosial mənzillərin inşasına hazırlıq gedir

0
651

Çoxmənzilli binaların tikintisi işinin təşkili mürəkkəb prosesdir və kompleks yanaşma tələb edir. İşlərin səmərəli qurulması məqsədilə ilk növbədə, aidiyyəti dövlət qurumları, yerli icra hakimiyyəti orqanları ilə görüşlər keçirilir.

Eyni zamanda, mənzillərin tikilməsi üçün ayrılacaq torpaq sahələrinin seçilməsi prosesinə başlanılıb. İndiyədək Bakının əsasən Binəqədi, Suraxanı və Qaradağ rayonlarında 10-dan çox torpaq sahəsinə baxış keçirilib, onların müxtəlif meyarlar üzrə ilkin qiymətləndirilməsi həyata keçirilib.
Bunu Prezident yanında Mənzil İnşaatı Dövlət Agentliyinin (“MİDA” MMC) direktoru Samir Nuriyev “Azərtac”a verdiyi müsahibəsində deyib.
Agentlik rəhbəri bildirib ki, mənzillərin tikilməsi üçün regionlarda da bəzi araşdırmalar aparılıb: “Bununla yanaşı, indi Gəncə, Sumqayıt, Lənkəran və Masallı şəhərlərində də torpaq sahələrinin ayrılması imkanları araşdırılıb, onlara yerində baxış keçirilib.
Ümumiyyətlə, torpaq sahələrinin seçilməsində şəhərsalma baxımından çoxmənzilli binaların tikintisi üçün əlverişli və mövcud iş yerləri mərkəzlərinə yaxın olan, habelə mühəndis kommunikasiyalarının çəkilməsində problemi olmayan ərazilərə üstünlük veriləcək. Seçilmiş torpaq sahəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən “MİDA” MMC-nin sərəncamına verildikdən sonra, dərhal memarlıq-planlaşdırma və layihələndirmə işlərinə başlanılacaq”.

BIR CAVAB BURAXIN