Sentyabrın 16-da ölkədən gedən jurnalist Rauf Mirqədirovun İsveçrə hökumətinə sığınmaq məqsədilə müraciət etdiyi bildirilir.
Bu haqda AzadlıqRadiosuna vəkil Fuad Ağayev danışıb.
Vəkilin bildirməsinə görə, R.Mirqədirov İsveçrə hökumətindən siyasi mühacir statusu almaq istəyir: «Mənim bu haqda informasiyam ancaq bu qədərdir», – deyə F.Ağayev bildirib.
2014-cü ilin aprelində Türkiyədən Azərbaycana deportasiya edilən jurnalist Rauf Mirqədirov həbs edilib. Ona Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham irəli sürülüb.
2015-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsində R.Mirqədirova 6 il həbs cəzası verilib. Amma bu il Bakı Apellyasiya Məhkəməsi jurnalistlə bağlı hökmü dəyişdirərək, 6 il həbs cəzasını 5 il şərti cəza ilə əvəz edib. R.Mirqədirov bu il sentyabrın 16-da ölkədən gedib.