Rasmussen: “Krımın qaytarılması Ukrayna üçün təxirə salınmaz prioritet olmamalıdır”

0
572

“Krımın geri qaytarılması Ukraynanın təxirəsalınmaz prioritetləri arasında deyil, gündəlikdə qalan məsələ olmalıdır” .

 

APA-nın məlumatına görə, bunun RİA “Novosti” agentliyinə açıqlamasında Ukrayna prezidentinin məsləhətçisi, NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen bildirib.

 

Rasmussen qeyd edib ki, bu məsələ uzunmüddətli perspektivdə bütün qərb dövlətlərinin məqsədidir.

 

“Necə ki, Baltikyanı ölkələr – Latviya, Litva və Estoniyanın qeyri-qanuni şəkildə Sovet İttifaqına ilhaqını tanımadıq, eləcə də Krımın Rusiya tərəfindən ilhaqını tanımayacağıq. Bununla yanaşı, bu məsələnin təxirəsalınmaz prioritet hesab edilməsini məsləhət bilmirəm. Bu məsələ, əlbəttə, gündəmdə qalacaq, lakin hazırki məqamda fikrimizi digər məsələlər-islahatlar, Minsk-2 razılaşmalarının tam həyata keçirilməsi üzərində cəmləməliyik”.

 

Qeyd edək ki, Ukrayna prezidenti Pyotr Poroşenko mayın 27-də NATO sabiq baş katibini özünə məsləhətçisi təyin edib.

BIR CAVAB BURAXIN