Rasmussen: “ABŞ getsə, pis oğlanlar gələcək”

0
668

Əgər Amerika qlobal lider rolundan imtina etsə, sistemdə boşluq yaranacaq və bu boşluğu pis oğlanlar tutmağa çalışacaq.

 

Bunu Ukrayna mətbuatına müsahibəsində NATO-nun keçmiş baş katibi Anders Foq Rasmussen söyləyib. Onun sözlərinə görə, hazırda ABŞ prezidentliyinə namizəd olan Donald Trampın söylədikləri NATO-ya inamı yox edir və təhlükəsizlik sistemini dağıdır:

 

“O, ABŞ-ın Alyansdakı müttəfiqlərini qoruyacağını şübhə altına qoyan sözlər söyləyib. Əgər Tramp qalib gəlsə, Rusiya NATO-nun etibarlılığını qırmağa çalışacaq. Hazırda dünyaya Amerikanın qlobal liderliyi lazımdır. Amerika qlobal oyunçu kimi beynəlxalq münasibətlər sisteminə görə məsuliyyət daşıyır”.

Axar.az

BIR CAVAB BURAXIN