Rasim Musabəyov: “Danışıqları Rusiya ilə aparmalıyıq”

0
494

Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakı səfərinin nəticələrini qiymətləndirmək hələ tezdir. Hazırda Lavrov Bakıda müzakirələr aparır.

Bu sözləri Teleqraf.com-a Milli Məclisin deputatı Rsim Musabəyov Rusiyanın baş diplomatının Bakıya səfərinin nəticələri haqqında danışarkən deyib.

O, əlavə edib ki, bu ənənəvi olaraq Xarici İşlər Nazirlikləri arasında olan illik məsləhətləşmədir:

“Bir il Azərbaycan xarici işlər naziri Rusiyya gedərək orada belə məsləhətləşmələr aparır, o bir il qarşı tərəf Bakıya gəlir. Daha çox qarşıdan gələn ildə xarici əlaqələr nəzərdən keçirilərək, müəyyən protokollar imzalanır, məsləhətləşmələr olur. Düşünürəm ki, üzdə olan məsələlər bunlardır “.

Rasim Musabəyova hesab edir ki, əsas məsələ daha çox regionda olan durumla bağlıdır. Onun sözlərinə görə, bizim üçün Rusiya-Türkiyə münasibətləri, bu münasibətlərin hansı mərhələyə qədər inkişaf edə biləcəyi, İranla bağlı durum əhəmiyyət kəsb edir: “Bizim ağrılı yerimiz Qarabağ məsələsidir və onun ətrafında da müəyyən müzakirələr oldu. Hansı ki, cənab prezident ATƏT-in sədri və Slovakiyanın xarici işlər naziri ilə görüşü zamanı demişdi ki, 2019-cu il bu baxımdan itirilmiş ildir. Sözsüz ki, heç kim 2020-ci ili belə itiririlmiş il kimi görmək istəmir. Nəzərə alsaq ki, Ermənistanın ipi Rusiyanın əlindədir, hesab edirəm ki, Ermənistanla mahiyyəti üzrə danışıqlar aparmaq imkanı olmayanda bu danışıqları Rusiya ilə aparmalıyıq. Məncə, danışıqlar elə bu müstəvidə də aparılır”.