Ramil Şeydayev və Dəniz Yılmaza qiymət verildi: İkisi 1 hücumçu eləmir

0
567

“Trabzonspor”un cari mövsümdəki uğursuz çıxışı Türkiyə mətbuatının gündəmindən düşmür.

Türkiyə KİV-i “Trabzonspor”un 2012-ci ildən bəri hücumçu seçimində yanlışlığa yol verdiyini qeyd edib. Belə ki, Qara dəniz təmsilçisinin heyətində qolçuluq bacarığını nümayiş etdirən axırıncı oyunçu Burak Yılmaz olub. 2009-10 mövsümünün qış fasiləsində Trabzona köçən Burakın məhz 2012-ci ilin yayında “Qalatasaray”a keçidindən bəri “bordo-mavililər” qol yollarında sıxıntı çəkirlər.

 

Maraqlıdı ki, həmin vaxtdan bəri Halil Altıntop, Paulo Enrike, Robert Vittek, Mark Yanko, Əmrə Güral, Dəniz Yılmaz, Sərdar Gürlər, Mustafa Yatabare, Abdul Məcid Varis, Oskar Kardozo, Dame Ndoye, Muhammet Bəşir, Muhammet Dəmir, Ramil Şeydayev və Hyun-Yun Suk kimi hücumçuları heyətinə cəlb edən Superliqa təmsilçisində onların heç biri ümidləri doğrultmayıb. Bu siyahıda hazırda Azərbaycan millisinin formasını geyinən Dəniz Yılmaz və Ramil Şeydayevin adını xüsusi qeyd etmək lazımdı.

 

Türkiyəli həmkarlarımız klubun adıçəkilən futbolçulara görə 40 milyon avrodan çox xərc çəkməsinə baxmayaraq, onların ümumilikdə Burak Yılmaz qədər xeyir vermədiklərini vurğulayıblar.

 

Qeyd edək ki, hazırda karyerasını Çində davam etdirən Burak Yılmaz Türkiyə millisinin də əsas hücumçusudu.

BIR CAVAB BURAXIN