Rəsmi İrəvanın hərbi cinayətləri.
Son 200 ilin tarixini, Qafqazın tarixini izləsək, Ermənistanın mənfur siyasəti ucbatından neçə müharibə baş verməsini, onların başqa ölkələr üçün neçə təxribat yaratmasını görərik. XX əsrin 80-ci illərinin sonları 90-cı illərinin əvvəllərində Ermənistan Azərbaycanın tarixi torpaqlarına açıq formada ərazi iddiaları ilə çıxış etmiş və ölkəmizə qarşı hərbi təcavüzə başlamışdır. Ermənistan torpaqlarımızın 20%-ni işğal etmiş və Ermənistanın həyata keçirdiyi etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan artıq azərbaycanlı öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Ermənistanın hərbi cinayətlər siayhısında Xocalı faciəsidə yer alir. 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində genosid aktı həyata keçirdi. Dinc azərbaycanlılara qarşı törədilən qətliamlar içərisində Xocalı qətliamı xüsusi qəddarlığı ilə seçilir. Tarixi faktlar sübut edir ki, Ermənistanın uzun illər ərzində davam edən hərbi cinayətləri əsla nə miqyas, nə də ki sərhəd tanıyıb. Rəsmi İrəvan hərbi cinayətkardır. Vətən müharibəsi zamanı Ermənistanın ballistik raketlərlə və artilleriya qurğuları ilə daim bizim şəhər və kəndlərimizi atəşə tutması nəticəsində mülki şəxslər, o cümlədən qadınlar və uşaqlar həlak oldular. 30 ilə yaxın bir müddətdə Azərbaycan xalqına qarşı ermənilər tərəfindən soyqırım, etnik təmizləmələr, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlərin törədilməsi bütövlükdə bəşəriyyətə qarşı yönələn qəbuledilməz bir davranışdır. Ermənilərin törətmiş olduqları bu cinayətlər bir daha sübut edir ki, terrorçuluq onların dövlət siyasətidir.
Zərdab Rayon Gənclər və İdman idarəsinin əməkdaşı-Məleykə Hümbətova