Tofiq Quliyev də bir neçə mahnısını bir nəfər üçün yazmışdı. Həmin adamın adını çəkməyəcəyəm.
Bu sözləri xalq artisti Rəmiş (Rafiq Hüseynov) Modern.az-a geniş müsahibəsində deyib.
“Mən hər bir bəstəkarın musiqisini bəyənirəm. Ancaq mənim üçün ən əziz olanı Cahangir Cahangirovdur. Emin Sabitoğlunu, Tofiq Quliyevi də çox bəyənirəm. Rəhmətlik Əfrasiyab Bədəlbəyli mənimlə dost olub. Cahangir Cahangirov “Zərif gülüşlüm” bəstəsini Filarmoniyada sevdiyi bir qıza yazmışdı. Bunu camaat bilmir, ancaq mən bilirəm. Tofiq Quliyev də bir neçə mahnısını bir nəfər üçün yazmışdı. Həmin adamın adını çəkməyəcəyəm. Fikrət Əmirov isə başqa biri üçün mahnılar yazmışdı”, – Rəmiş deyib.