RƏHBƏRİ ERMƏNİ OLAN ŞİRKƏT BAKIDA…

0
738

yandeks taksi

 

 

 

 

 

 

Tiqran Xudaverdiyanın başçılıq etdiyi “Yandeks.Taksi” şirkəti Azərbaycanda nümayəndəliyini yaradır. Rusiyada qeydiyyata alınmış “Yandeks.Taksi” şirkəti Azərbaycanda “Yandeks Azerbaijan” adı altında fəaliyyət göstərəcək. Bu şirkət artıq Bakıda işləməyə və personalı toplamağa başlayıb. “Yandeks.Taksi” şirkətinin bura gəlişi haqda yerli KİV-də məlumat gedib.

“AzPolitika.info” xəbər verir ki,  Bizimyol.info bu məlumatla bağlı araşdırma aparıb.

Məlum olub ki, “Yandeks.Taksi” şirkətinin baş direktoru erməni milliyyətindən olan Tiqran Xudaverdiyandır. Rəhbəri erməni olan bu şirkətin Bakıya gəlişinə bu sektorda çalışan və adının çəkilməsini istəməyən bir sahibkar münasibətini açıqlayıb. Onun sözlərinə görə, rəhbəri erməni olan şirkətin Azərbaycanda fəaliyyəti arzuolunmazdır:

“Ola bilsin ki, dövlət qurumlarının bundan xəbəri yoxdur; araşdırma aparılmalıdır. Qarşıdan İslam Həmrəyliyi Oyunları gəlir. Ermənilərin rəhbərlik etdiyi bu şirkət Bakının xəritəsini, bütün məlumatlar toplusunu əldə edəcək və təhlükə törədə bilər. Bizi narahat edən məsələlərdən biri budur. İkinci məsələ isə odur ki, taksi xidməti sektorunda on minlərlə insan işləyir, ailəsinə çörəkpulu qazanır. İndi belə çıxır ki, Rusiya kimi bir ölkədən erməni milliyyətindən olan şəxsin başçılıq etdiyi şirkət gəlib bu xidmət bazarına daxil olacaq və yerli taksi şirkətlərinin qazancını əlindən alacaq, ən yaxşı halda, şərik olacaq”.

Sahibkar deyir ki, onsuz da bu sektor Azərbaycanda varlı bir sektor deyil:

“Çoxlu kiçik servislər açılıb, rəqabət həddən artıq yüksəkdir. Təsəvvür edin ki, qiymətlərin artan bir vaxtında avtomobillərin ehtiyat hissələri, yaşayış bahalaşır. Sürücülərimiz özlərini çətinliklə ayaqda saxlayırlar. Belə bir vaxtda 10 milyon əhalisi olan ölkəyə 140 milyon əhalisi olan ölkədən yeni biznes gəlir. Onlar Ukrayna, Ermənistan, Gürcüstanda və başqa ölkələrdə də nümayəndəliklərini açıblar. Bu qədər kapitalı yığıblar və balaca bir bazara gəlirlər. Sual yaranır ki, niyə? Ona görə ki, Azərbaycanda taksi şirkətləri ancaq Bakıda fəaliyyət göstərir. Rayonlarda taksilərin işləməsi kommersiya baxımından səmərəli deyil. Xarıci şirkət bu bazara müdaxilə edir. Üstəlik, bunun zirvəsində də erməni dayanır.

Onsuz da dolanışıq taksidə çox çətindir. Belə olan bir vəziyyətdə nəyə görə Azərbaycanda on minlərlə insan işləyən sektora rəhbəri erməni olan şirkət daxil olsun?! Biz indi əslində öz ölkəmizin sahibkarlıqla məşğul olan insanlarına kömək etməliyik. Onların vəziyyətinin yaxşılaşmasına çalışmalıyıq. Ancaq kənar bir qüvvə böyük kapitalla kasıb bir bazara daxil olur. Yerli şirkətlər olanda birimiz az, birimiz çox – yenə özümüz qazanırıq. Ancaq bu yeni şirkətin gəlişi, o deməkdir ki, bizim bazarda Tiqran Xudaverdiyan və onun rəhbərlik etdiyi şirkət də qazanacaq.

ermeniBilirsiniz ki, xarici ölkələrdəki erməni diasporu Ermənistana, Dağlıq Qarabağdakı separatçı-terrorçu rejimə maliyyə dəstəyi verir. Tiqran Xudaverdiyan və onun kimi Rusiyada yaşayıb işləyən erməni iş adamlarının da belə bir dəstəkdə payının olduğunu istisna etmək mümkündürmü?! Təsəvvür edin ki, paytaxtımızın strateji obyektləri də daxil olmaqla, bütün xəritə onların əlində olacaq. Bu, ciddi məsələdir. Biz inanırıq ki, Dövlət Təhlükəsizliyi Xidməti, başqa hüquq-mühafizə orqanları bu məsələyə diqqət göstərəcəklər və araşdırma aparacaqlar”.

Vergilər Nazirliyinin Media və Kommunikasiya Mərkəzindən portalın əməkdaşına bildirilib ki, məsələ ətraflı araşdırılacaq və nəticəsi haqda məlumat veriləcək.

BIR CAVAB BURAXIN