Qusarda bələdiyyə üzvü, Ağdaşda isə 16 yaşlı qız… – İntihar

0
908

Qusarda intihar olub.

Hadisə rayonun Hil kəndində qeydə alınıb. Kənd sakini, 1989-cu il təvəllüdlü İldırım Firudin oğlu Yarəliyev yaşadığı evin həyətində özünü asıb. Onun özünə qəsd etməsinin dəqiq səbəbləri hələlik məlum deyil.

Faktla bağlı Qusar rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.

Qeyd edək ki, intihar edən İ. Yarəliyev Hil kənd bələdiyyəsinin üzvü olub. /APA/

***

Ağdaş rayonunda 16 yaşlı qız intihar edib.

Hadisə rayonun Lək kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini, hələlik adı məlum olmayan yeniyetmə qız yaşadığı evin həyətindəki yarımtikilidə özünü asraq intihar edib.

Onun orta məktəbin yuxarı sinif şagirdi olduğu bildirilir.

İntihar edənin yeniyetmənin şəxsiyyəti və intiharın səbəbləri araşdırlır. /Report/

BIR CAVAB BURAXIN