Quş qripi təhlükəsi ingilisləri təvişə salıb

0
705

Britaniyada quş qripi aşkarlanıb.

Trend-in məlumatına görə, H5N6 virusuna yeni yoluxma halları Dorset qraflığında 17 çöl quşunda qeydə alınıb. Bu məlumatı Britaniyanın Səhiyyə Nazirliyi yayıb.

Nazirlikdə bildiriblər ki, bu 2017-2018-ci ilin qış aylarında aşkar olunmuş ilk yoluxma hadisəsidir.

Qeyd olunur ki, xəstəlik ərzaq məhsulları üçün təhlükə yaratmır.

Rəsmilər quşçuları təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.

BIR CAVAB BURAXIN