Qulluqçusu məşhur aktrisanı döydü – QALMAQAL

0
670

 

Türkiyənin tanınmış aktrisası Sibel Turnagöl evində qulluqçu işləyən xanımla qalmaqal yaşayıb. Lent.az-ın Sozcu.com.tr-yə istinadən verdiyi məlumata görə, aktrisa 44 yaşlı qulluqçusunun evindən tələsik çıxdığını görüb və dərhal onun çantasını yoxlamaq istəyib. S.Turnagöl istəyinə nail olub və qulluqçusunun çantasından özünün bahalı dodaq boyasını və həyat yoldaşına məxsus bir köynəyi tapıb. Daha sonra qulluqçusu ilə mübahisəyə başlayan aktyor sonda onun tərəfindən döyülüb.

Döyüldüyü zaman evin eyvanına qaçan aktrisa ətrafdakılardan kömək istəyib. Məşhurun qışqırığına ətrafda olan mühafizəçilər gəlib və bu an qulluqçu evdən qaçıb. Aktrisa qulluqçusu barədə polisə şikayət edib.

 

Qulluqçu da polisə ifadə verərək, aktrisanın yalan danışdığını deyib: “Çantamı axtaran Sibel evini təmizlədiyim başqa bir qadının mənə verdiyi dodaq boyasını gördü. Eyni dodaq boyasından məndə də ola bilər dedim, inanmadı. Onu döydüyüm iddiaları əsassızdır”.

BIR CAVAB BURAXIN