“Quldur Sərkisyan məndən 100 milyonlar aldı”

0
641

 

 

 

Rusiyalı iş adamı Levon Markos Ermənistan Prezidenti Serj Sərkisyana açıq məktub ünvanlayıb və həmin məktubda Ermənistan hakimiyyətinin onun əmlakını əlindən almasından bəhs edir. 2000-ci illərin əvvəllərində iş adamı Ermənistan iqtisadiyyatına təxminən 300 milyon dollar sərmayə yatırıb və prezidentin xahişi ilə müflisləşmiş müəssisələri alıb.

Sonradan bütün biznesi Markosun əlindən alınıb, özü isə beynəlxalq axtarışa verilib.

“2000-ci illərin əvvəllərində o vaxtkı prezident Robert Köçəryan, siz (o zaman Ermənistanın müdafiə naziri və Təhlükəsizlik Şurasının katibi) və Ermənistan Mərkəzi Bankının sədri Tiqran Sərkisyan vətənpərvərlik hisslərimdən istifadə edərək məni Ermənistan iqtisadiyyatının xilas edilməsinə cəlb etmək fikrinə düşdünüz.

Siz şəxsən Moskvaya gələrək mənə təklif etmişdiniz ki, heç bir iqtisadi maraq doğurmayan müflis erməni zavodlarını, fabriklərini və digər müəssisələri alım. Bundan başqa, məni dilə tuturdunuz, az qala yalvarırdınız ki, müflisləşən “Kredit-Yerevan” bankını əldə edim. Bunların hamısını onunla əsaslandırırdınız ki, guya ölkənin büdcəsi boşdur və daxilolmalar tələb edir”, – iş adamının Ermənistan KİV-də dərc edilmiş açıq məktubunda deyilir.

Levon Markos qeyd edir ki, vaxtilə Serj Sərkisyana inanıb və Ermənistan iqtisadiyyatına böyük məbləğdə vəsait qoymaq qərarına gəlib. Bu məqsədlə o, Rusiyadakı bəzi perspektivli və rəqabət qabiliyyətli layihələrini dayandırıb ki, bunların arasında yalnız Moskvada 25 yanacaqdoldurma stansiyasını əhatə edən “Sretenka-Petroleum” YDM şəbəkəsi də var.

“Bundan başqa, mən Rusiya banklarından həcmli kreditlər götürdüm və bütün bu vəsaitləri Ermənistan iqtisadiyyatına yatırdım. Çünki səmimi olaraq çətin vəziyyətə düşmüş Vətənimə kömək etmək istəyirdim. Sizin vədlərinizə inanaraq, bir neçə müflisləşmiş müəssisəni aldım. “Kredit-Yerevan”dan başqa, sizin məsləhətinizlə Sisian daş emalı zavodunu, Qafan mis-molibden kombinatını, Bazalt-Crvej ASC, Aqrineks QSC, Razdan istixana kompleksi, Sevan-Motel kompleksi, İntermotor Ermənistan QSC (2002-ci ildə bu şirkət Ermənistanda “Mersedes-Benz”in rəsmi distributoru idi), “Zepür” gözəllik salonu kimi müəssisələri aldım. Bundan xeyli əvvəl isə mən İrəvanda 3 bazarın sahibi idim. Gizlətmirdim ki, Ermənistana ciddi fikirlərlə və uzun müddətə gəlmişəm, çoxprofilli biznesi inkişaf etdirmək niyyətindəyəm. Yuxarıda sadaladığım və bir sıra digər sənaye obyektləri əsasında mən sənaye yönümlü bir neçə layihə hazırladım. Onların ümumi dəyəri Moskva auditorları tərəfindən 300 milyon ABŞ dolları həcmində qiymətləndirilirdi. Həmin layihələr Ermənistanın iqtisadi inkişafına ciddi impuls verə bilərdi. Bunlardan bəziləri start mərhələsində idi. Lakin sonradan iş yerindən tərpənmədi. Heç bir konkretlik yox idi – yalnız sabun köpüyü və boş sözlər”, – məktubda deyilir.

İş adamı qeyd edir ki, nəticədə, Ermənistan iqtisadiyyatına yüzlərlə milyon dollar qoyaraq, böyük məbləğdə zərərə uğrayıb və yerli məhkəmə icraçıları ilə dil-boğaz olmağa məcbur qalıb.

“Sərkisyan, siz düzgün hərəkət etmədiniz. “Vətənin xilası” yalanı ilə siz mənə müflisləşmiş bankı “soxuşdurdunuz” və həmin vaxt hamı həmin bankdan pul qoparmaqla məşğul idi. Aldığım obyektləri quldurluqla ələ keçirdiniz və yaxınlarınıza – Samvel Aleksanyana və Qagik Xaçatryana verdiniz. Yeri gəlmişkən, məndə olan məlumata görə, Aleksanyan və Xaçatryan öz ətraflarında dəfələrlə bildiriblər ki, obyektlərimdən alınan gəlirlər Sizə dövlət ehtiyacları üçün verilib, Siz isə onları cibinizə qoyursunuz. Nəticədə nə alınır? Belə çıxır ki, 15 ildən çoxdur Siz mənim obyektlərimdən gələn gəlirləri qanunsuz olaraq mənimsəyirsiniz”, – iş adamı şikayətlənir.

Son nəticədə, Levon Markosa qarşı cinayət işi qaldırılıb və o, beynəlxalq axtarışa verilib.

Lakin bir neçə il ərzində işin materiallarını öyrənmiş rusiyalı müstəntiqlər qərara gəliblər ki, iş adamının hərəkətlərində heç bir cinayət tərkibi yoxdur.

“Bu gün mənə müraciət edən bir çox həmvətənlərim ürək ağrısı ilə Ermənistanda törədilən qanunsuzluqlardan və özbaşınalıqdan danışırlar. Sizin qurduğunuz korrupsion-quldur sistem öz qara işini görməkdədir. Son illərdə sizin komandanız 34 iri erməni iş adamını talayıb. Artıq sınaqdan keçirilmiş sxemdən istifadə olunur: əvvəlcə adamlardan “Vətən naminə” böyük pullar alınır, sonra isə onlara qarşı iş düzüb-qoşulur ki, biznesdən və Ermənistandan qovulsunlar, “satılmış” obyektlər isə onlara xərclənən pullarla bərabər mənimsənilir. Həmin iş adamlarının başına Sizin, Robert Köçəryanın və Tiqran Sərkisyanın mənim başıma açdıqları oyunılar gətirilir. Bax, beləcə Siz və sizə bənzərlər dilənçi Ermənistanda özünüzə çoxmilyardlıq varidat toplamısınız”, – məktubda bildirilir. Virtualaz.org

 

BIR CAVAB BURAXIN