Quaido Trampdan yardım istəyib

0
581

Müxalifətdə olan Venesuela Milli Assambleyasının sədri və parlamentin spikeri Xuan Quaido ilə prezident Donald Tramp arasında telefon danışığı olub.

Arazinfo.com-un verdiyi xəbərə görə, bu barədə Quaido CNN telekanalına müsahibəsində deyib. O Tramp və bölgənin digər ölkə liderləri də telefonla danışdığını  açıqlayıb: “Bəli,mən Trampla və region ölkələri liderləri ilə danışdım və onlarla Venesueladakı vəziyyəti müzakirə etdim”.

Trampla hərbi yardım məsələsini müzakirə etdinizmi? sualına cavabında Quaido deyib ki, danışıqlar hərtərəfli olub və ölkədəki təhlükəli humanitar vəziyyət də müzakirə edilib. Hərbi ekspertlərin əksəriyyəti Quaidonun bu suala verdiyi cavabını onun Trampdan hərbi yardım istədiyinin dolayısı ilə təsdiqi  hesab edirlər.