QRU polkovnikini ələ alan Mossad zabiti – Şok dosye

0
468

Onu 1995-ci ilin 14 dekabrında Rusiya Müdafiə Nazirliyinin Baş Hərbi Kəşfiyyat Xidmətinin kosmik kəşfiyyat mütəxəssisi, polkovniki Aleksandr Volkovla görüş zamanı həbs ediblər. Məsələyə İsrailin baş konsulu İçkaxa Kaqananın müdaxiləsindən sonra onu sərbəst buraxıb, Rusiyada “persona non-qrata” elan ediblər.

Arazinfo.com Teleqraf.com-a istinadən İsrailin kəşfiyyatçı, hərbçi və diplomatı Reyven Dinelin dosyesini təqdim edir.

Reyven Dinel (Din-El) 1956-cı ilin 22 oktyabrında Vilnusda doğulub. Onun atası Komarno, anası isə odessalı olub. Gələcəyin məşhur diplomatı 1969-cu ildə ailəsi ilə birlikdə İsrailə köçüb, Hayfada yerləşib. Burada onun ata babası yaşayırmış.

Orta məktəbi burada bitirən Dinel daha sonra Hayfa Universitetinin politologiya və beynəlxalq əlaqələr fakultəsini bitirib. Eyni zamanda İsrail Silahlı Qüvvələrinin Hərbi Akademiyasında oxuyub.

1976-1991-ci ildə hərbi kəşfiyyat xidmətində işləyib, İsrail Silahlı Qüvvələrinin mərkəzi kəşfiyyat xidmətində çalışıb. Hərbi xidmətini polkovnik-leytenant kimi başa vurub, daha sonra müqavilə əsasında orduda çalışıb.

1991-ci ildə Mossadın Tevel şöbəsinə keçib. 1992-ci ildə Mossad-ın MDB məkanında ilk rəsmi nümayəndəsi olub. Burada İsrailin Moskvadakı səfirinin köməkçisi vəzifəsini də daşıyıb. Onun əsas fəaliyyət prioritetinə islam fundamentalizminə qarşı informasiya mübarizəsi olub. Bu ona imkan verib ki, MDB-dəki müsəlman ölkələrinin siyasətçiləri və hüquq-mühafizə orqanları ilə kontakt yaratsın. Xüsusilə, Özbəkistan və Qazaxıstanla.

Ancaq israilli çekist 1995-ci ilin dekabrın 14-də Moskvada saxlanılıb. O, Rusiya Müdafiə Nazirliyi Baş Hərbi Kəşfiyyat Xidmətinin kosmik kəşfiyyat idarəsinin polkovniki Aleksadr Volkovla görüşü zamanı ifşa olunub. Bu görüşdən bir neçə saat sonra Diniel təyyarəyə əyləşib Təl-Əvivə uçmağı planlaşdırılırmış. Onun həbsindən sonra əsl səs-küy yaranıb. Amma İsrailin Rusiyadakı baş konsulu İçkaxa Kaqana məsələyə müdaxilə edərək Reyven Dinielin dərhal azadlığa buraxılmasını tələb edib. Bundan sonra azad edilən Dineil Rusiyadan qovulub.

1996-cı ildə Reyven Diniel NATİV təşkilatında işləməyə başlayıb. Əlavə edək ki, bu qurum əsasən MDB məkanında və Baltik ölkələrində yaşayan yəhudilərlə əlaqə qurmaq, onların hüquqlarını müdafiə etmək, yəhudilərin vətənə dönüşünü təşkil etməklə məşğul olub. İddialara görə, Diniel əsasən yəhudi diasporasında kəşfiyyat sahəsinə nəzarət edib. Onun bu qurumun sədrliyindən getməsindən sonra təşkilat faktiki bağlanıb.

2000-ci illərdə agent Aviqdor Libermanın “İsrail Evimizdir” Partiyasına qoşulmaqla siyasətə gəlib.

2000-2002-ci illərdə Sionizm Fondunun direktoru səlahiyyətlərini icra edib, 2003-2005-ci illərdə İsrail nəqliyyat nazirinin müavini olub. Eyni zamanda Hayfada yeni “Karmel” limanının inşası layihəsinə rəhbərlik edib. 2005-2011-ci illərdə limanlarda resursların idarə edilməsi üzrə baş direktorun müavini postunu tutub.

2009-cu ildə Reyven Diniel İsrailin Türkmənistandakı səfiri təyin olunub. Lakin onun Mossad keçmişi Türkmənistan tərəfini şübhələndirib və bu səbəbdən rəsmi Aşqabad bu təyinatı təsdiqlənməyib.

2001-ci ilin avqustunda İsrailin Ukrayna səfiri təyin edilən kəşfiyyatçı 2014-cü ilə qədər səfir vəzifəsində çalışıb.

Reyven Diniel eyni zamanda cudo və karate üzrə qara kəmər sahibi olub. Bəzi iddialara görə, çekist 7-ci dan qara kəmər ustası imiş. 2016-cı ilin fevralında 59 yaşında vəfat edib. Onun ölümü ətrafında müəyyən şübhələr yaransa da, sonradan elan olunub ki, sabiq diplomat, Mossad kəşfiyyatçısı onkoloji xəstəliklər səbəbindən dünyasını dəyişib.

2016-cı ilin 28 fevralında Naqarin şəhəri yaxınlığındakı məzarlıqda dəfn edilib.