Qondarma qətnamə: Ərdoğan ABŞ-a getməyəcək?

0
440

Prezident Vaşinqtona sadəcə səfər etmək xatirinə getməz. BAu sözləri Türkiyə Prezidenti Admininstrasiyasının sözçüsü İbrahim Qalın dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın ABŞ-a mümkün səfəri ilə bağlı açıqlamasında deyib.

“Orada ölkəmizin mənafeyi baxımından mühüm qərarların verilməsi önəmlidir. Əgər buna zəmin yaranmışsa, təbii ki, səfər baş tutar. 1-2 gün ərzində özü də (Ərdoğan) vəziyyəti dəyərləndirib, yekun qərarını verəcək. Biz də inşallah ictimaiyyətə bu məlumatı açıqlayacağıq”, – deyə Qalın bildirib.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 13-də Ərdoğanı ABŞ-a səfərə dəvət etmişdi. Lakin ABŞ Nümayəndələr Palatasının qondarma erməni soyqırımı ilə bağlı qəbul etdiyi qətnamədən sonra bu səfərin baş tutmayacağı yönündə məlumatlar yayılıb.

Axar.az