Qızının icazəsiz evlənməsini qəbul etməyən ata canlı yayımda özünü güllələdi

0
609

Kayseridə ondan icazə alınmadan qızının evləndiyini bildirən 54 yaşlı ata özünü canlı yayım zamanı güllələyib.
Oxu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 54 yaşlı Ayhan Uzun “Facebook”da açdığı canlı yayım zamanı ailəsinə və digər yaxınlarına səslənib. Ona hörmətsizlik edildiyini bildirən Ayhan Uzun sonda hər kəslə sağollaşaraq intihar edib. O, özünü öldürməzdən əvvəl dəfninə qohumlarının gəlməməsini vəsiyyət edib.

BIR CAVAB BURAXIN