Qırğızıstanla Azərbaycan arasında yeni münasibətlərin qurulması ikitərəfli qarşılıqlı əməkdaşlığın örnəyi olacaq

0
1666

Qırğızıstanla Azərbaycan arasında yeni münasibətlərin qurulması ikitərəfli qarşılıqlı əməkdaşlığın örnəyi olacaq

Qırğızıstanla Azərbaycan arasında münasibətlərdə təkanverici hadisələr baş verib. Onun sözlərinə görə, görkəmli siyasətçi və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin şəxsiyyətləri bu məsələdə sözsüz ki, əhəmiyyətli rol oynayır. Azərbaycana o dövrdə rəhbərlik edən Prezident Heydər Əliyev Qırğızıstanda “Manas” eposunun minilliyi təntənələrində iştirakı zamanı deyirdi ki, biz vahid Türk dünyasının nümayəndələriyik və “Manas” dastanı Azərbaycan məktəblərinin və ali təhsil müəssisələrinin tədris proqramında layiqli yer tutur.

Bu əlaqələr Bişkekdə Azərbaycan və Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın iclasının təşkil olunması ilə öz təsdiqini tapır. Yəni, iki dövlətin liderləri ölkələr arasında əməkdaşlığın başlıca istiqamətlərini müzakirə ediblər. Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun yaradılması haqqında Saziş imzalanıb, iki ümumtəhsil məktəbinin – Heydər Əliyev adına və Nizami Gəncəvi adına məktəblərin, Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışları olub. Yəni, bütün bunlar iki ölkə arasında münasibətlərdə həqiqətən ciddi dəyişikliklərin baş verməsini göstərir.

Bu il Qırğız Respublikası ilə Azərbaycan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Sazişin imzalanmasının 25 illiyi qeyd olunur. 2023-cü ilin yanvarında ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 ili tamam olur. Sözsüz ki, Qırğız Respublikası nöqteyi-nəzərindən Azərbaycan bu gün iqtisadi artım, innovasiyaların, təhsil sahəsinin inkişafı və s. təminatında bir çox müasir istiqamətlər üzrə qabaqcıl təcrübə və yanaşmalara sahib unikal dövlətdir. Azərbaycanda toplanan bilik və bacarıqlar, o cümlədən 2020-ci Vətən müharibəsində öz ərazilərinin Azərbaycan yurisdiksiyasına qaytarılması istiqamətində Azərbaycanın unikal təcrübəsi Qırğızıstan tərəfinin böyük marağına səbəb olur.

 

Abdulbağı Fazilli – Zərdab şəhər sakini, fəal gənc