Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir

0
1918

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 oktyabr 2022-ci il tarixdə Qırğızıstana dövlət səfəri və səfər zamanı Qırğızıstan-Azərbaycan İnkişaf Fondunun yaradılması barədə qərar mühüm əhəmiyyətə malikdir. Bu fond iki ölkə arasında investisiyaların cəlb edilməsi işinə, ticari-iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsinə töhvə verəcəkdir. Bu gün Azərbaycan istər qonşu, istərsədə türk dövlətləri ilə beynəlxalq əlaqələrin qurulmasında mühüm addımlar atmışdır. Azərbaycanla Qırğızıstan arasında bütün sahələrdə o cümlədən nəqliyyat tranzit sahəsində sıx əlaqələr vardır. Belə ki, nəqliyyat tranzit sahəsində Çİn- Qırğızıstan-Özbəkistan-Xəzər yeni dəmir yolunun tikintisinə və istismarına başlamaqla əmtəə dövriyyəsinin artması və yüklərin daşınması üçün yeni imkanlar yaranacaq. Bundan başqa Bişkekdə ən böyük məktəblərdən biri xalqımızın Ümummilli lideri Heydər Əliyevin adını digər məktəbin isə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adını daşıması humanitar sahədədə iki ölkə arasında yüksək əlaqələrin olduğunun bariz nümunəsidir. Bütün bun uğurlar ölkə başçısı cənab İlham Əliyevin apardığı daxili və xarici siyasətin uğurlu nəticəsidir.

 

Zərdab rayon Gənclər və İdman idarəsinin rəis müavini – Əvəz Soltanov