Qazi və şəhid ailələrinə xüsusi qayğının göstərilməsi dövlətin mütləq prioritetidir.
Torpaqlarımızı işğal altında saxlayan, ərazi bütövlüyümüzü pozan Ermənistanın ölkəmizə qarşı işğalçılıq və təcavüzkarlıq siyasəti 30 il davam etdi. Uzun zaman xalqımıza qarşı terror aktları törədən düşmən 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusu tərəfindən öz layiqli cavabını alaraq məğlub edilmiş, torpaqlarımız düşmən tapdağından azad olunmuşdur.
Dövlətimiz torpaqlarımızın azadlığı uğrunda canından-qanından keçmiş şəhidlərimizin ailələrinə və qazilərimizə davamlı olaraq yüksək səviyyədə diqqət – qayğı göstərir. Azərbaycan xalqı mübariz oğullarının qəhrəmanlıqlarını qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirələrini uca tutur. Şəhid və qazi ailələrinə dəstək göstərilməsində bütün xalqımız, dövlət qurumları səfərbər olmuşdur.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərini müharibə veteranlarının, əlillərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həll olunması, hər cür qayğı ilə əhatə olunması təşkil edir. Bu gün uğurla aparılan bu sosial siyasət kursu və görülən işlər təsdiqləyir ki, dövlət hər zaman bu kateqoriyadan olan insanların yanındadır.
Zərdab rayonu Dəkkəoba kənd tam orta məktəbin direktor müavini Mayisə Xəlilova