Qazaxıstanda Zelyonovsk Bayterek, Zıryanovsk isə Altay adlandırılıb

0
602

Qazaxıstanda iki rayon və bir şəhərin adı dəyişdirilib.

Arazinfo.com-un nevvs.kz-a istinadən verdiyi xəbərə görə, Qazaxıstanda rus mənşəli yaşayış məskənlərinin türkcə adlandırılması prosesi davam edir. Belə ki, Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayevin imzaladığı sərəncamla Qərbi Qazaxıstandakı Zelyenovsk rayonun adı dəyişdirilərək Bayterek adlandırılıb. Nazarbayevin digər sərəncamı ilə isə Şərqi Qazaxıstandakı Zıryanovsk rayonunun adı dəyişdirilərək Altay, Zıryanovsk şəhəri isə Altay şəhəri adlandırılıb.