Qazaxıstanda həkim rusdilli uşağı müayinə etməkdən imtina edib

0
577

Qazaxıstanın Arkalık şəhər xəstəxanasında bütün Qazaxıstanda böyük əks-sədaya səbəb olan qalmaqal baş verib.

Mediainfo.az-ın eadailu.com-a istinadən verdiyi xəbərə görə, Arkalık şəhər xəstəxanasının milliyətcə qazax olan qadın burun-boğaz həkimi anası rusca danışan uşağı müayinə etməkdən imtina edib. Bununla bağlı sosial şəbəkələrdə yerləşdirilən videoyazıda həkim qadın rusdilli uşağın anasına məsləhət görür ki, qazax dilini öyrənmək və bu dildə danışmaq istəmirsə, onda gedib Rusiyada yaşasın. Videoyazı sosial şəbəkədə yayılandan sonra qadın həkimin bu hərəkəti çoxsaylı mübahisələrə səbəb olub. Öz növbəsində vilayət səhiyyə idarəsindən bildirilib ki, artıq həkim və rusdilli qadın barışıblar. Hələlik rus dilli ananın uşağını müayinə etməkdən imtina edən qadın həkimə qarşı hər hansı cəza verilməyib.

 

 

BIR CAVAB BURAXIN