Qazaxıstanda əhalinin siyahıya alınmasında elektron texnologiyadan istifadə ediləcək

0
617

Bu il Qazaxıstanda əhalinin yeni siyahıya alınması keçiriləcək.

Arazinfo.com-un Nu.kz-a istinadən  verdiyi xəbərə görə, əhalinin siyahıya alınması yeni qaydalar ilə keçiriləcək. Belə ki, siyahıya alınma zamanı kağız anketlərin əvəzinə elektron texnologiyadan istifadə ediləcək. Bu məqsədlə Qazaxıstan Statistika Komitəsi tərəfindən xüsusi sayt yaradılacaq. Saytda qazaxıstanlılara 89 sual ünvanlanacaq. Onlardan 45-i şəxsin özünə aid olacaq.

Buna paralel olaraq siyahiya almanın keçirilməsinə məsul şəxslər 30 min könüllünü planşetlə təmin edəcəklər. Onlar siyahıya alma sorğusunu planşetdən istifadə etməklə birbaşa canlı şəkildə aparacaqlar. Qazaxıstanda siyahıya almanın  iki mərhələ də, may-iyun və noyabr ayında keçirilməsi nəzərdə tutulub. Bu məqsədlə dövlət büdcəsindən 8,8 milyard tenge ayrılıb.