Qaz limitini keçənlər bu qədər GÜZƏŞT əldə edəcək

0
572

“Qaz limitini keçənlərdə əlavə olunan 500 kub metr güzəşt əldə edə biləcək”.

Bunu iqtisadçı-ekspert Vüqar Bayramov qaz limitinin artırılmasının əhaliyə təsirlərini şərh edərkən qeyd edib:

“SOCAR-ın məlumatına görə, 2018-ci ildə əhali 2,96 milyard kubmetr təbii qaz istehlak edib. 2 milyon 155 min əhali istehlakçısının ötən il 1 milyon 763 minin illik istehlakı 1700 kub metrdən az olub. Şirkətin hesablamalarına əsasən, ötən il 392 min vətəndaşımız limitdən artıq mavi qaz istehlak edib. Bu isə o deməkdir ki, 2018-ci ildə əhalinin 70,24 faizi ildə 1700 m3-ə qədər, 29,76 faizi isə 1700 m3-dən çox qaz istehlak edib. SOCAR-in hesablamarına görə, təxminən 2 milyon abonentin illik istehlakı 2200 kub metrdən azdır. Rəsmi rəqəmlərə istinad etsək, şuranın qərarından sonra güzəştli limitdən istifadə edən vətəndaşların sayı ümumi istehlakçıların 85 faizinə çatacaq”.

Vüqar Bayramov onuda bildirib ki, güzəşt vətəndaşların limitinə əlavə olunacaq:

“Birmənalı şəkildə mavi qazın qiymətinə tətbiq edilən güzəştin artırılması müsbət haldır. CESD-nin hazırladığı hesabat da təsdiq edirdi ki, bunun üçün iqtisadi əsaslar var idi. Gələcəkdə qaz hasilatımızın və eləcə də daxilolmaların həcminin artmasına uyğun olaraq, bu limitə yenidən baxılması və güzəştin daha da artırılması məqsədə uyğun hesab edirik”.

Bütövlükdə isə, CESD beyin mərkəzi olaraq təklflər hazırlayan zaman iqtisadi əsaslandırmasını da təqdim edir. Bu baxımdan mərkəzinin çoxlu sayda təklifləri hökumət tərəfindən artıq qəbul olunub. Ümid edirik ki, hazırladığımız digər mexanizmlərin də yaxınlarda rəsmi qəbulunu müşahidə edəcəyik.