Qaxda 40 yaşlı kişini ilan sancıb

0
576
 

Qaxda qoyun otaran 40 yaşlı kişini ilan sancıb.

Qax Mərkəzi Rayon Xəstəxanasından APA-ya verilən məlumata görə, çərşənbə günü saat 17 radələrində əslən Kəlbəcər rayonundan olan, hazırda Qaxın Almalı kəndində yaşayan 1977-ci il təvəllüdlü Yaşar Hüseyn oğlu Həşimov ilan sancma xəsarəti ilə xəstəxananın reanimasiya şöbəsinə daxil olub.

Müayinə zamanı məlum olub ki, 40 yaşlı Yaşar Həşimov kənddə qoyun otaran zaman ilan qəfildən onun sağ ayağının topuq nahiyəsindən sancıb.

Yaşar Həşimova lazımı tibbi yardım göstərilib, ilan zəhəri əleyhinə qarşı zərdab vurulub.

Yaşar Həşimovun vəziyyətinin hazırda orta-stabil olduğu bildirilir.

BIR CAVAB BURAXIN