“Qarabağ”dan qələbə, “Qəbələ”nin məğlubiyyətsiz seriyası davam edir

0
672

Topaz Premyer Liqasında 12 günlük fasilə başa çatıb. Bu gün çempionatda II dövrəyə start verilib.

 

VIII turun ilk oyun günündə 2 qarşılaşma baş tutub ki, hər ikisi paytaxt Bakıda oynanılıb.

 

Təbii ki, əsas diqqətlər “İnter Arena”dakı görüşdə idi. Çünki turnir cədvəlinin ilk iki pilləsində qərarlaşan “İnter”lə “Qəbələ” münasibətlərinə aydınlıq gətirib. Mövsüm boyunca ilk 7 oyunda məğlubiyyət üzü görməyən və qol buraxmayan Roman Qriqorçukun yetirmələri bu dəfə də uduzmasalar da, qol buraxmamaq seriyası sona çatıb.

 

Görüş 1:1 hesablı bərabərliklə yekunlaşıb. Meydan sahiblərinin oyunçusu Ağabala Ramazanovun vurduğu qola qonaqlar Sergey Zenyovla cavab verib.

 

Cari mövsüm “Azərsun Arena”da ilk oyununa çıxan “Qarabağ” isə debütünü 3 xalla qeyd edib. “Sumqayıt”ı sınağa çəkən ağdamlılar buna 3 qolla nail olublar. Bu oyunda iki seriya qırılıb. Belə ki, həm Qurban Qurbanovun yetirmələrinin iki oyunluq qələbəsizlik, həm də Samir Abasovun komandasının iki oyunluq məğlubiyyətsizlik seriyası sona çatıb.

 

 

Topaz Premyer Liqası

VIII tur

15 oktyabr (şənbə)

 

“Qarabağ” – “Sumqayıt” – 3:0

Qollar: Miçel, 42, İlqar Qurbanov, 44, Dino Ndlovu, 90+3

 

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Rza Məmmədov, Namiq Hüseynov

Əlavə köməkçi hakimlər: Rauf Cabbarov, Ramil Diniyev

AFFA nümayəndəsi: Maşallah Əhmədov

Hakim-inspektor: Murad Məmmədov

“Azərsun Arena”

I dövrədəki oyun – 2:0

“Qarabağ”: 13. İbrahim Şehiç, 5. Maksim Medvedev (k), 6. Dino Ndlovu, 8. Migel Markos Madera, 9. Reynaldo, 18. İlqar Qurbanov, 20. Riçard Almeyda, 21. Arif Daşdəmirov, 55. Bədavi Hüseynov, 91. Coşqun Diniyev, 99. Dani Kintana

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 10. Muarem Muarem, 11. Mahir Mədətov, 15. Rahid Əmirquliyev, 17. Namiq Ələskərov, 25. Ansi Aqolli

Baş məşqçi: Qurban Qurbanov

 

“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Seymur Əsədov, 7. Vaqif Cavadov, 19. Azər Salahlı, 22. Mirabdulla Abbasov, 24. Amit Quluzadə, 25. Ayaz Mehdiyev, 66. Afşin Esmaeilzadeh, 74. Yusif Nəbiyev

Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 9. Amil Yunanov, 10. Məhəmməd Qurbanov, 11. İbrahim Abednezhad, 14. Bəxtiyar Həsənalızadə, 21. Nasır Abilayev, 42. Kamran Abdullazadə

Baş məşqçi: Samir Abasov

 

“İnter” – “Qəbələ” – 1:1

Qol: Ağabala Ramazanov, 48 – Sergey Zenyov, 69

Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Rəhim Həsənov, Orxan Məmmədov

AFFA nümayəndəsi: Rauf  Hüseynli

Hakim-inspektor: Füzuli Nəcəfov

“İnter Arena”

I dövrədəki oyun – 0:0

“İnter”: 1. Səlahət Ağayev, 14. Zurab Xizanişvili, 33. Tərlan Quliyev, 3. Denis Silva, 22.  İlkin Qırtımov, 4. Slavik Alxasov, 24. Fuad Bayramov, 15. Ruslan Abışov, 8. Nizami Hacıyev (k), 55. Ağabala Ramazanov, 11. Rauf Əliyev

Ehtiyat oyunçular: 13. Orxan Sadıqlı, 17. Abbas Hüseynov, 19. Mirhüseyn Seyidov, 10. Elnur Abdullayev, 9. Pərdis Fərcad-Azad, 88. Məmməd Quliyev, 2. Sərtan Taşqın

Baş məşqçi: Zaur Svanadze

 

“Qəbələ”: 22. Dmitri Bezotosnı, 6. Rəşad Sadiqov (k), 11. Asif Məmmədov, 15. Vitali Vernidub, 17. Məhəmməd Mirzəbəyov, 18. Baqali Dabo, 19. Filip Ozobiç, 21. Roman Hüseynov, 27. Teo Uiks, 34. Urfan Abbasov, 44. Rafael Santos

Ehtiyat oyunçular: 33. David Pietrzikeviç, 9. Sergey Zenyov, 10. Ruslan Qurbanov, 13. Murad Musayev, 20. Rikardinyo, 32. Rəşad Eyubov, 88. Tellur Mütəllimov

Baş məşqçi: Roman Qriqorçuk

1. Qəbələ

8

6

2

0

20-1

20

2. İnter

8

4

4

0

13-8

16

3. Qarabağ

8

5

1

2

18-5

16

4. Sumqayıt

8

2

2

4

6-12

8

5. Kəpəz

7

1

4

2

6-8

7

6. Zirə

7

2

1

4

5-9

7

7. Neftçi

7

2

0

5

6-16

6

8. AZAL

7

0

2

5

3-18

2

 

Bombardir: Baqali Dabo (“Qəbələ”) – 7.

BIR CAVAB BURAXIN