Qarabağa qanunsuz səfər edən rus siyasətçisini öldürmək istədilər

0
697
 

Yazıçı, rəsmi qeydiyyatdan keçməmiş “Başqa Rusiya” partiyasının lideri Eduard Limonov, hansı ki, işğal edilmiş ərazilərə qanunsuz baş çəkdiyi üçün adı Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına daxil edilib, Moskva prokurorluğuna müraciət edib ki, onun həyatına sui-qəsdlə bağlı cinayət işi qaldırsınlar. 

Rusiya siyasətçisi bu barədə özünün LiveJournal-dakı bloqunda yazıb.

Ərizə prokuror Vladimir Çurikovun adına yazılıb. Limonov bildirib ki, bunu iyulun 26-da edib.

Yazıçının sözlərinə görə, onun maşınında tormozlar qəsdən sıradan çıxarılıb.

“Tormoz şlanqı mexaniki təsir nəticəsində yarılmışdı. Qəza təxribatı təşkil olunmuşdu, yaxşı ki, sürücü yüksək sürətlə getmirdi”, – deyə Limonov fikrini bölüşüb.

“3 iyulda bizim böyük, yaxşı qalmış avtomobilimizin sürücüsü, necə deyərlər, oturduğu yerdə qəribə qəzaya düşdü. Elə qəzaya ki, artıq maşın yerindən tərpənmir. Hətta motoru da kapotdan çıxara bilmirlər”, – Limonov vurğulayıb.

Limonovun hesablamalarına görə, bu bir neçə ay ərzində artıq “üçüncü qəribə yol-nəqliyyat hadisəsidir”.

Limonov bildirib ki, onun Ukrayna, Azərbaycan və Xorvatiyada çoxlu düşmənləri var və bu olayları “öz həyatına sui-qəsd” hesab edir.

“Hamıya məlumdur ki, məni televiziyaya və mitinqlərə bu maşınla aparırlar. Amma düşünmürəm ki, bu xüsusi xidmət orqanlarının işidir”, – Limonov əlavə edib.

Xatırladaq ki, Limonovun adı işğal edilmiş Qarabağa qanunsuz səfər etdiyi üçün 8 iyun 2017-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin “qara siyahı”sına salınıb.

Analoji siyahı Ukraynada da mövcuddur. Ona Kiyevin icazəsi olmadan Krıma baş çəkənlərin adları salınır. Xatırladaq ki, Ukrayna Krımı, 2014-cü ilin yazında Rusiyaya birləşdiriləndən sonra, özünün müvəqqəti işğal edilmiş ərazisi hesab edir. Ukrayna 2015-ci ildə Limonovun kitablarının ölkəyə gətirilməsinə də qadağa qoyub. Virtualaz.org

BIR CAVAB BURAXIN