Statistika göstərir ki, “Qarabağ” ev oyunlarında top buraxmaq şərtilə qələbə qazandığı hallarda ümumi qələbəni əldən vermir.
“Kopenhagen”lə dünənki oyunda olduğu kimi, 2013/14-cü illər mövsümünün Avropa Liqasında ağdamlılar “evdə” İsveçin “Gefle” klubuna 1:0 hesabı ilə qalib gəlmişdilər. Səfər oyununda isə İsveçdə Qurban Qurbanovun komandası 2:0 hesablı qələbə qazanmış və turnirdə çıxışını davam etdirmişdi.
Ümumiyyətlə, əgər “Qarabağ” ilk oyunda doğma meydanda qol buraxmırsa, istisnasız olaraq növbəti mərhələyə vəsiqə qazanır. Bu cür başa çatmış 6 oyundan sonra “Qarabağ” səfər görüşlərində də uğurla çıxış edib. “Gefle” ilə matçlardan əlavə, bu siyahıya Hollandiyanın “Tvente” (0:0, 1:1), Monteneqronun “Rudar” (0:0, 1:0), Lüksemburqun “Düdelanj” (2:0, 1:1), Gürcüstanın “Samtredia” (5:0, 1:0) və Moldovanın “Şerif” (0:0, 2:1) komandaları ilə oyunları misal göstərmək olar.
Bu uğurlu seriya bu dəfə də davam edəcəkmi? Bunu avqustun 23-də biləcəyik. “Kopenhagen” – “Qarabağ” oyunu həmin gün Bakı vaxtı ilə saat 22:45-də başlayacaq və AzTV, “İdman Azərbaycan” telekanalları ilə canlı yayımlanacaq.Virtual.az